Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Əhməd Davudoğlu Azərbaycana səfər edəcək

Noyabr 09
17:32 2015

Səfər Türkiyədə yeni hökumət formalaşdırılandan sonra reallaşacaq.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək.

“Sələf Xəbər”in “Xəzər Xəbər”ə istinadən məlumatına görə, bu barədə Türkiyə mediasında məlumat yer alıb.

Qeyd olunur ki, Ədalət və İnkişaf Partiyası (AKP) parlament seçkilərindəki qələbəsindən sonra Əhməd Davudoğlu hakim partiyanın ən çox səs aldığı şəhərlərə “təşəkkür ziyarəti” gerçəkləşdirəcək. Türkiyədə yeni hökumət formalaşdırılandan sonra isə Ə.Davudoğlunun xarici ölkələrə səfəri başlayacaq.

Məlumata görə, Baş nazirin ilk səfəri Şimali Kipr Türk Cumhuriyyəti, Azərbaycan və İraqa olacaq.

Səfərin tarixi və proqramı barədə məlumat yoxdur.

Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər