Eldar Mahmudov: “İŞİD beynəlxalq sabitliyə ciddi təhlükə yaratmaqdadır” – VİDEO
745 dəfə baxılıb
“Təəssüf ki, “İslam dövləti” – İŞİD terror xəvaric qruplaşmasının timsalında artıq beynəlxalq ictimaiyyət silahlı separatçılığın daha təhlükəli nümunəsi ilə üzləşib. Bir neçə ölkənin ərazisində fəaliyyət göstərən və öz nüfuz dairəsini genişləndirməyə çalışan bu terrorçu təşkilat qlobal miqyasda beynəlxalq sabitliyə ciddi təhlükə yaratmaqdadır”.
“Sələf Xəbər” APA TV-yə istinadən bildirir ki, Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr idarəsindən verilən məlumata görə, bu sözləri Azərbaycan Milli Təhlükəsizlik naziri Eldar Mahmudov Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclasında çıxış edərkən deyib.
O qeyd edib ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi müasir terrorçu təşkilatların öz cinayətkar əməllərini daha da genişləndirmək üçün nəzarət olunmayan zonalar yaratmaq məqsədilə qarşılarına ayrı-ayrı ölkələrin ərazilərinin qəsb edilməsi kimi strateji hədəflər qoyduqlarını beynəlxalq kürsülərdən mütəmadi olaraq diqqətə çatdırıb. Nazir bildirib ki, bu təhlükənin ağır fəsadları artıq əyani şəkildə Ermənistanın Azərbaycana qarşı yeritdiyi dövlət terrorçuluğu və təcavüzkar separatçılıq siyasətinin nümunəsində sübuta yetirilib: “Lakin bir sıra beynəlxalq dairələrdə bu məsələnin təhlükəliliyinə ikili yanaşmaların mövcud olması problemin indiyədək ədalətli həllini tapmamasının başlıca səbəblərindəndir. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll edilməsi xüsusi xidmət orqanları arasında çoxtərəfli əməkdaşlığın daha da yüksəldilməsi üçün münbit zəmin yarada bilər”.
Nazir bu cür əməkdaşlıq mexanizmlərinin, eyni zamanda, “İslam dövləti” – İŞİD terror xəvaric qruplaşması kimi qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətindən irəli gələn təhlükələrin qarşısının vaxtında alınmasına töhfə verəcəyinə əminliyini bildirib.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)