Əmək pensiyalarının baza hissəsi artırıldı – sərəncam
1. 132 dəfə baxılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Sərəncam imzalayıb.
“Sələf Xəbər”in President.az-a istinadən məlumatına görə, sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.
Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Azərbaycanın Milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncama uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim salamat və təhlükəsizlikdə oyanırsa və onun bir günlük ruzisi varsa, o sanki bütün dünyaya sahibdir”. ( Adab al-Mufrad, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)