Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ərdoğan Ərəb iş adamlarını qəbul edib

Fevral 05
21:35 2015

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrindən gələn bir qrup iş adamı və investorla görüşüb.

“Sələf Xəbər” Ekonomi.haber7.com-a istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğan, investisiya imkanlarını araşdırmaq məqsədilə iki gündür Türkiyədə olan bəzi Ərəb iş adamı və investorları Prezident Sarayında qəbul edib.

Görüşdə bərpa olunan enerji, səhiyyə və maliyyə sektoru başda olmaqla Türkiyədə müxtəlif sahələrdə sərmayə qoymaq istəyən Ərəblər, müxtəlif qurumlardan işgüzar məsələlərdə yetərincə məlumat aldıqlarını söyləyiblər. Prezident Ərdoğan da Türkiyənin investorlar üçün cəlbedici ölkə olduğunu bildirib.

Türkiyə Prezidentinin qəbul etdiyi görüşdə, Ömər Nasir Mukhareş, Məhəmməd bin Əbu Davud, Xalid M. Bevazir, Xalid Saad Davud, Maya Hatib, Əhməd Tarıq Murad və İsam Əbdüləziz Sultani əl-Əşrəfinin olduğu iş adamı və investorlardan ibarət 20 nəfərlik heyət iştirak edib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)

Digər xəbərlər