Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ərdoğan və Zakir Həsənov Azərbaycan və Türkiyə hərbçilərinin möhtəşəm təlimlərini izləyib – VİDEO

May 31
15:40 2016

Türkiyədə səfərdə olan Azərbaycan Müdafiə naziri Zakir Həsənov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə azərbaycanlı hərbçilərinin də iştirak etdiyi “Efes-2016” beynəlxalq təlimlərini izləyiblər.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin yeni Baş naziri Binəli Yıldırım və Baş qərargah rəisi Hulusi Akar da təlimləri müşahidə ediblər.

Qeyd edək ki, təlimlər quruda, suda, havada həyata keçirilir. Türkiyənin yerli istehsalı olan Atak helikopterləri də təlimlərə qatılıb. İzləyicilərə həyəcanlı anlar yaşadan təlimlər zamanı havadan şərti düşmən hədəfləri vurulub, həmçinin gəmilərdən hücumlar təşkil edilib.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər