Erməni etirafı: Avropa Oyunlarının boykot çağırışlarının arxasında ABŞ-dakı erməni təşkilatı dayanır
692 dəfə baxılıb
“Bakıda keçiriləcək ilk Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında Amerikada fəaliyyət göstərən erməni təşkilatı durur”.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan özünün “twitter” hesabında yazıb.
A.Hamparyan Azərbaycan mediasının və sosial medianın Avropa Oyunları əhvalında olduğunu yazır. Bununla yanaşı, A.Hamparyan Oyunları boykota çağırır.
Qeyd edək ki, ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatıdır və erməni terror təşkilatı olan ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış edir. Qurumun adı dəfələrlə ABŞ-da çirkli pulların yuyulması, şantaj və müxtəlif konqresmenlərin ələ alınması qalmaqallarında çəkilir.
Xatırladaq ki, ilk Avropa Oyunlarında Ermənistanın 18 idmançısı iştirak edəcək. Ermənistanlı idmançılar Oyunlarda iştirak etmək üçün bu gecə Bakıya gəliblər.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)