Erməni mediası: “Azərbaycan 21 il sonra çox güclənib”
905 dəfə baxılıb
“Azərbaycan Qarabağ münaqişəsini istənilən vaxt xeyrinə həll edə bilər”.
21 il bundan əvvəl Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs protokolu barədə erməni mediası şok etiraf edib.
Ermənistanın “Hayele” qəzeti bu gün dərc etdiyi məqalədə atəşkəs sazişindən Azərbaycanın maksimum yararlandığını yazır. “Kövrək atəşkəs” başlıqlı məqalədə deyilir ki, 1994-cü ildə hərbi baxımdan Ermənistana uduzan Azərbaycan 21 il sonra çox güclənib:
“Azərbaycanın hərbi büdcəsi dəfələrlə artırılıb. Azərbaycan hərbi potensialına güvənərək Qarabağ münaqişəsini istənilən vaxt xeyrinə həll edə bilər. Rəsmi Bakının dediyi kimi Cənubi Qafqazın ən güclü ordusu Azərbaycana məxsusdur”.
Qəzet son vaxtlar cəbhə xəttində baş verənlərin təhlükəli məcraya yönəldiyindən narahatlıq ifadə edərək bildirib ki, Azərbaycan ordusunun güclənməsi fonunda baş verən təxribatlarda indi ermənilər uduzmaqdadırlar.
Erməni nəşri Azərbaycan ordusunun güclənməsində Rusiyanın satdığı silahların önəmli rol oynadığını qeyd edərək Kremlin strateji müttəfiqinə (Ermənistan-red) xəyanət etdiyini bildirir.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)