Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fars körfəzi ölkələri Ebola virusu səbəbilə həccin təhlükəliliyini müzakirə edib

Avqust 19
16:08 2014

“Sələf Xəbər”-in İslam-today-a istinadla yazdığına görə, Fars körfəzi ölkələri, Ebola epidemiyası ilə bağlı artan təhlükələr fonunda Məkkəyə illik həcc ziyarəti ərəfəsində ehtiyat tədbirlərinin müzakirəsi üçün toplaşıb.

“Fars körfəzi dövlətlərinin Səhiyyə nazirliklərinin əməkdaşlığı üzrə komitənin İcraiyyə bürosu həcc mövsümünün yaxınlaşması ilə … ölkələrin Ebola virusundan mühafizəsinə dair preventiv tədbirlərin görülməsi üçün toplaşıb”, büronun direktoru Taufiq Xoca bildirib.

Xoca deyib ki, Fars körfəzinin xalqları “istənilən fövqəladə vəziyyətə reaksiya vermək üçün” və “səfərlərə qadağa, vizalardan və iş icazələrindən imtina daxil olmaqla, profilaktik və xəbərdaredici tədbirlər” təşkil etmək üçün əməkdaşlıq etməlidir.

Qeyd edək ki, həcc hər il Səudiyyə Ərəbistanında təxminən iki milyon insanı, o cümlədən Ebola qızdırmasından zərər çəkmiş Qərbi Afrika ölkələrindən bir çox zəvvarı toplayır.

Digər xəbərlər