Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

“Günəşli” yatağında son durum və qəzanın yeni video görüntüləri – VİDEO

Dekabr 07
15:05 2015

İtkin düşmüş şəxslərdən tapılan olmayıb.
“Günəşli” yatağında baş vermiş yanğınla bağlı xilasetmə işləri davam etdirilir. Təəsüflər olsun ki, itkin düşmüş 29 nəfərdən tapılan olmayıb.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.
Onun sözlərinə görə, Buzovna ərazisində boş jiletlərin tapılması ilə əlaqədar məlumat daxil olduqdan sonra oraya işçilər göndərilib. Lakin məlum olub ki, onlar balıqçıların jiletləri olub.
B.Ağarəhimov deyib ki, yanğın davam edir. Hazırda 5-ci özüldə qurumların rəhbərlərinin iştirakı ilə söndürülməsi ilə əlaqədar əlavə hansı işlərin görüləcəyi müzakirə edilir.
“Sələf Xəbər” “Report”a istinadən bildirir ki, “Günəşli” yatağında baş vermiş qəzanın yeni video görüntüləri yayınlanıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəzanın video görüntüləri SOCAR-da ötən gün keçirilən mətbuat konfransında nümayiş etdirilib.
Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilib.

🎬

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə Onundur. Nə verirsə o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um!” (Buxari)

إِنَّ لِلَّهِ مَا أَخَذَ وَلَهُ مَا أَعْطَى وَكُلُّ شَيْءٍ عِنْدَهُ بِأَجَلٍ مُسَمًّى فَاصْبِرْ وَاحْتَسِبْ

/İnnə li-Lləhi mə əxazə və ləhu mə ə’ta və kullu şeyin indahu bi acəlin musamma. Fasbir vahtəsib./

Qəza zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Amin!

Digər xəbərlər