Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Hacıların ilk qrupu vətənə qayıdıb

Sentyabr 29
13:33 2015

Bu gün daha iki qrup qayıdacaq. Azərbaycanlı zəvvarların ilk qrupu vətənə dönüb.
“Sələf Xəbər” “Report”a istinadən bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Müqəddəs Payızov məlumat verib.

O, bildirib ki, zəvvarların növbəti qrupu bu gün saat 13:45 və axşam 22:45-də Bakıda olacaqlar.
Digər zəvvarlar isə növbəti günlərdə vətənə gələcək.

M.Payızov onu da bildirib ki, ziyarətə gedəndə təyyarələrdə 40-50 nəfər gedirdisə, qayıdan təyyarələr daha böyük olduğundan, eyni vaxtda 260-280 ziyarətçi qayıdacaq.

Şöbə rəhbəri sentyabrın 28-də vəfat edən azərbaycanlı zəvvarın bu gün dəfn ediləcəyini də əlavə edib.
Qeyd edək ki, azərbaycanlı zəvvarlardan 3-ü Məkkədə dünyasını dəyişib. Onlardan ikisi kişi, biri qadındır.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)

Digər xəbərlər