Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Hərbçilərimizin döyüşə hazırlığı sınaqdan çıxıb – FOTO

İyul 27
14:46 2015

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilərək onların döyüşə hazırlığı yoxlanılıb.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, təlim-döyüş tapşırığının yerinə yetirilməsi düşmənin təyyarə, helikopter, PUA, o cümlədən onun silahlanmasında olan və perspektivdə ola biləcək ballistik və qanadlı raketlərinin məhv edilməsi üçün nəzərdə tutlan “Buk-MB” tipli zenit-raket komplekslərinin müxtəlif rejimlərdə istifadəsinin yoxlanılması ilə həyata keçirilib.

Tapşırığın yerinə yetirilməsi zamanı şərti düşmənin hava hədəfləri imitatorları aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə dərhal məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

📷

doyusehaz doyusehaz2 doyusehaz3 doyusehaz4 doyusehaz5

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər