Hicablı qadın sədrlik divanında – Türkiyədə ilk dəfə
686 dəfə baxılıb
Türkiyədə deputatların andiçmə mərasimi başa çatıb.
7 iyun parlament seçkilərindən sonra seçilən millət vəkilləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisində keçirilən andiçmə mərasimi ilə rəsmən vəzifələrinə başlayıb.
“Sələf Xəbər” AzNews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı İHA agentliyi yayıb.
Dünən yerli vaxtla saat 15.00-da Dəniz Baykalın sədrliyi ilə açılan iclasda deputatlar 9 saat 45 dəqiqə davam edən andiçmə mərasimi ilə rəsmən vəzifələrinə başlayıblar.
Maraqlı məqamların yaşandığı andiçmə mərasimi zamanı qonaq lojası gün boyu aşıb-daşarkən, ilk dəfə hicablı bir deputat sədrlik divanında katib kimi vəzifə alıb.
Bəzi səbəblərdən mərasimə qatılmayan Adana millət vəkilləri Talib Küçükcan və Rıdvan Turan, Ankara millət vəkilləri Ayşe Gülsüm Bilgehan və Əhməd Haluk Koç, Bitlis millət vəkili Mezgin İrgat, Muş millət vəkili Əhməd Yıldırım növbəti iclasda and içəcək.
Andiçmə mərasiminin başa çatmasından sonra qərara alınıb ki, məclisin iclası iyun ayının 30-da keçirilsin.
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir. Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)
Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir”. (Qurani-Kərim, “Mucadilə” surəsi, 20,21-ci ayələr)