Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İcra başçısı 700 bal toplayan hicablı qıza avtomobil hədiyyə etdi – VİDEO

Sentyabr 04
16:07 2015

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə rayon tarixində ilk dəfə ali məktəbə keçirilən imtahanlarda 700 bal toplayan Asya Mahmudovaya avtomobil hədiyyə edib.

“Sələf Xəbər” Azvision.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayımlanıb.

Qeyd edək ki, icra başçısının tələbəyə hədiyyə etdiyi “Changan Benni” markalı avtomobilin dəyəri 11 – 12 min ABŞ dollardır.

Zaqatala rayon İcra Hakimiyyəti bu məlumatı təsdiqləyib.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə)
“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman, həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir”. (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından, 77/12)

Digər xəbərlər