Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İƏT: Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı Təmas qrupu yaradılacaq

Aprel 13
16:20 2016

“Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Təmas qrupunun yaradılmasına dair qərarı aprelin 14-də dövlət başçıları verəcək”.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, bu sözləri APA agentliyinin sualını cavablandırarkən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Manavi deyib. Təşkilatın İstanbuldakı XIII zirvə toplantısının ikinci gününün sonunda mətbuat konfransı keçirən Manavi, APA-nın “Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Təmas qrupunun yaradılacağını dediniz. Qrupa daxil olacaq ölkələr məlumdurmu?” – sualına bu şəkildə cavab verib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və Dağlıq Qarabağ məsələsinin ədalətli şəkildə həlli üçün Təmas qrupu yaradılması təklifi bu günkü iclasımızda gündəmə gəlib. Bu, bir tövsiyədir, inşallah, dövlət başçılarının aprelin 14-də keçiriləcək toplantısında qərar da qəbul ediləcək. Təmas qrupuna neçə ölkənin daxil ediləcəyini indidən deyə bilmərəm. İndiyə qədər yaratdığımız təmas qruplarında 15 ölkə təmsil olunub. Ermənistan-Azərbaycan problemi ilə bağlı yaradılmasını tövsiyə etdiyimiz qrupda 20 ölkə də ola bilər. Hər şey ayın 14-də dövlət başçılarının qəbul edəcəyi qərardan asılı olacaq”.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısı aprelin 11-də İstanbulda öz işinə başlayıb. Zirvə toplantısında daha əvvəl üzvlüyü dondurulmuş Suriya iştirak etmir, Liviya isə toplantıda təmsil olunub.

Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim, 4/ 2074/ № 2699)

Digər xəbərlər