İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Ərdoğana başsağlığı verdi
676 dəfə baxılıb
Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana bu gün Ankarada törədilmiş terror aktı nəticəsində baş vermiş insan tələfatı ilə bağlı başsağlığı verib.
“Sələf Xəbər”in President.az-a istinadən məlumatına görə, başsağlığında deyilir:
“Ankarada törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla mübarizəni zəruri hesab edirik. Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə Onundur. Nə verirsə o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um”. (Buxari)