İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Ərdoğana başsağlığı verib
629 dəfə baxılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
“Sələf Xəbər” President.az-a istinadən başsağlığı məktubunu təqdim edir:
“Hörmətli cənab Prezident, əziz qardaşım, Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması xəbəri məni son dərəcə kədərləndirdi.
Türkiyə xalqı əmin ola bilər ki, bu terror hadisələrini törədənlər heç vaxt öz çirkin məqsədlərinə çata bilməyəcəklər.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə Onundur. Nə verirsə o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um”. (Buxari)