Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) İƏT-in baş katibi ilə görüşüb

May 18
19:01 2015

“Sələf Xəbər” AzərTAc-a istinadən məlumat verir ki, mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüblər.

Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunub. Prezident İlham Əliyev bu ilin aprelində Səudiyyə Ərəbistanına rəsmi səfərini xatırlayaraq bu səfərin uğurla keçdiyini və müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni paytaxtımızda həyata keçirilən genişmiqyaslı abadlıq işlərinin, gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Artıq Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışan İyad bin Amin Mədəni bu tədbirin müxtəlif fikirlərin dinlənilməsi və onların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Söhbət zamanı Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər