İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Krala başsağlığı verib
Sentyabr 12
13:59
2015
722 dəfə baxılıb
Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) İki Müqəddəs Məkanın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.
“Sələf Xəbər” President.az-a istinadən məlumat verir ki, dövlət başçısının məktubunda deyilir:
“Əlahəzrət, əziz qardaşım, Məkkə şəhərindəki Məscidul-Həramda baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um”. (Buxari)