İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Krala başsağlığı verib
Sentyabr 25
17:56
2015
672 dəfə baxılıb
“Çox sayda zəvvarın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı”.
Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) İki Müqəddəs Məkanın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.
“Sələf Xəbər” dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:
“Həcc ziyarəti zamanı yaranmış qarışıqlıq nəticəsində çox sayda zəvvarın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə, o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um”. (Buxari)