Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) məscidin açılışı üçün Rusiyaya gedəcək

Sentyabr 19
14:32 2015

Azərbaycan Prezidenti İlham Əliyevin (Allah onu İslam üzərində sabit etsin) sentyabrın 23-də Rusiyaya səfəri gözlənilir.

“Sələf Xəbər” AzVision.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı xəbər verib.

Bildirilir ki, sentyabrın 23-də Moskvada yeni Moskva Cümə məscidinin açılışı olacaq.

Rusiya Müftiləri Şurasının sədri şeyx Ravil Qaynutdinin mətbuata verdiyi açıqlamaya görə, açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin, din xadimləri, həmçinin, Azərbaycan, Fələstin, İordaniya, Qatar, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İran və Özbəkistan liderləri iştirak edəcək.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər”. (Müslim)

Digər xəbərlər