Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Moskvada məscidin açılışına dəvət edilib

Avqust 11
15:34 2015

Paytaxt Moskvada Avropanın ən böyük məscidinin açılışı ilə əlaqədar Putin İlham Əliyevi (Allah onu İslam üzərində sabit etsin) Rusiyaya dəvət edib.

Prezident İlham Əliyevin gələn ay Rusiyaya səfəri gözlənilir.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, İlham Əliyev Qurban bayramı ərəfəsində Moskvada Avropanın ən böyük məscidinin açılışına dəvət edilib.

Bildirilir ki, sentyabrın 23-də baş tutacaq məscidin açılışında Rusiya prezidenti Vladimir Putin, dünyanın dini liderləri, müsəlman ölkələrin prezidentləri iştirak edəcək.

Belə ki, Avropanın ən böyük məscidinin açılışına Azərbaycan, Türkiyə, Fələstin, İordaniya, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İran və Özbəkistan prezidentləri dəvət edilib.

Bundan başqa açılışda yüksək səviyyəli nümayəndə heyətləri də iştirak edəcək. Artıq Türkiyə, Çad, Sudan, Hindistan, ABŞ, Liviya və İraq nümayəndə heyətləri Moskvaya gələcəklərini bəyan ediblər.

Böyük məscidin arxitekturasında türk rəssamlar iştirak ediblər. Burada qadın və kişilər üçün dua etməkdən ötrü ayrıca yerlər, konfrans zalları mövcuddur.

Məscid müasir üslübda tikilsə də İslam memarlığına riayət olunub.

Sələf Xəbər: İbadət edənlərin komfortunu və rahatlığını maksimal dərəcədə nəzərə alaraq məscidlərin inşası ən xeyirxah əməllərdən biridir. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim Allah üçün bir məscid tiksə, Allah da onun üçün eynisini Cənnətdə tikər”. (Müslim)

Digər xəbərlər