Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) pakistanlı naziri qəbul edib

May 04
13:31 2015

Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Pakistanın Maliyyə, Gəlir, İqtisadi məsələlər, Statistika və Özəlləşdirmə naziri Məhəmməd İshaq Darı qəbul edib.

Nazir Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırıb.

“Sələf Xəbər” President.az-a istinadən bildirir ki, nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. O, Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi bir sıra sosial və humanitar layihələrə görə ölkəsinin xalqının və rəhbərliyinin minnətdarlığını ifadə edib.

Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın da bu səviyyəyə çatdırılmasının önəmini qeyd edib. Pakistan prezidentinin ölkəmizə səfərini və onunla keçirdiyi müxtəlif görüşləri məmnunluqla xatırlayan İlham Əliyev bu görüşlər zamanı ölkələrimiz arasında maliyyə, iqtisadiyyat, investisiya qoyuluşu və digər sahələrlə bağlı məsələləri müzakirə etdiklərini vurğulayaraq ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının da yüksək səviyyədə olduğunu deyən prezident Xocalı soyqırımı ilə bağlı Pakistan parlamentində qəbul edilən qətnaməyə görə təşəkkürünü bildirib.

Dövlət başçısı Pakistan prezidenti və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistan prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər