Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun) Birləşmiş Ərəb Əmirliklərinin səfirini qəbul edib

Aprel 09
20:03 2015

“Sələf Xəbər” President.az-a istinadən məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Məhəmməd Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlətimizin başçısı İslam aləminin müqəddəs məkanlarının ziyarətindən məmnunluğunu bildirib. Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Səfir Salem Xalifa Məhəmməd Əl-Ğafli ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib və ikitərəfli əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər