İlham Əliyev (Allah onu qorusun) indoneziyalı naziri qəbul edib
741 dəfə baxılıb
Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) iyunun 5-də İndoneziya Respublikasının Energetika və Mineral ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Sələf Xəbər”in President.az-a istinadən xəbərinə görə, Azərbaycan ilə İndoneziya arasında ikitərəfli münasibətlərin siyasi sahədə yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmini qeyd edib. Neft sektorunda əməkdaşlığı və eləcə də ölkələrimiz arasında böyük ticarət dövriyyəsinin mövcudluğunu münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirən prezident İlham Əliyev ikitərəfli əlaqələrin iqtisadi, enerji, ticarət və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Görüşdə İndoneziyanın nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi, enerji, neft-qaz və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu xüsusi qeyd olunub.
Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!