Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun) İslam Həmrəyliyi İdman Federasiyasının prezidentini qəbul edib

İyun 13
16:46 2015

“Sələf Xəbər” President.az-a istinadən bildirir ki, Prezident İlham Əliyev (Allah onu qorusun) birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin prezidenti, Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz əl Səudu iyunun 13-də qəbul edib.

Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz əl Səud Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əl Səudun salamlarını dövlətimizin başçısına çatdırıb. O, birinci Avropa Oyunlarının açılış mərasiminin yüksək səviyyədə təşkil olunması münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Ölkələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayan Abdullah bin Mosaad bin Əbdüləziz əl Səud Səudiyyə Ərəbistanının Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini deyib.

“Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə toxunan dövlətimizin başçısı mərasimdə nümayiş etdirilən kompozisiyanın Azərbaycanın tarixinin, mədəniyyətinin və müasirliyinin ifadəsi olduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Dövlətimizin başçısı Kral Salman bin Əbdüləziz əl Səudun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.

Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər