Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun): “İslamın maarif işığını görənlər onu hamıya göstərməyi bacarmalıdır”

Aprel 16
14:54 2015

“Sizi – “İslam maarifçiliyi və müasir dövr” Beynəlxalq Bakı konfransının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Bu gün sürətlə qloballaşan dünyada etnik-dini zəmində baş verən münaqişələr, dini ekstremizm və islamofobiya kimi zərərli təzahürlər, dinin şübhəli siyasi ambisiyalara alət edilməsi cəhdləri, təəssüf ki, acı gerçəklikdir. Buna görə də cəmiyyətdə dinin işıqlı yeri və maarifçilik rolu, beynəlxalq münasibətlər sistemində dinin birləşdirici missiyası, bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalar və dinlərarası dialoq zərurəti getdikcə xüsusi aktuallıq kəsb edir”.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

“Əminəm ki, bugünkü beynəlxalq toplantınızda din və cəmiyyət mövzusunda bir sıra qlobal problemlər və Azərbaycanın dövlət-din münasibətləri sahəsində nümunəvi təcrübəsi ilə bağlı ciddi müzakirələr aparılacaq, gəldiyiniz nəticələr dinlərarası əməkdaşlığın inkişafına, mütərəqqi dini maarifçiliyə, etnik-dini dözümlülük, həmrəylik və sülh işinə öz layiqli töhfəsini verəcəkdir. Bu xeyirxah və nəcib işdə hər birinizə cansağlığı, konfransınıza uğurlar arzulayıram”.

Sələf Xəbər: Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Qurani-Kərim, “Maidə” surəsi, 3-cü ayə)

Buna görə, məhz bəzi müsəlmanların əsl İslama gətirdiyi yeniliklər müsəlmanların bir hissəsinin ilkin İslama etiqad etməyi tərk etmələrinə xidmət etdi. Müsəlmanlar dərk etməlidir ki, onlar Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun şanlı səhabələrinin etiqad etdiyi həqiqi İslama dönmədikcə heç vaxt öz fikir ayrılıqlarını tərk edə və birləşə bilməyəcəklər.

Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini diləyirik!

Digər xəbərlər