Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin) Ankaraya səfərə gedib

Mart 15
15:45 2016

Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya səfəri başlayıb.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olacaq. Bunun ardınca isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcək.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının Ankarada keçirilməsi təşəbbüsü Azərbaycan prezidentindən gəlib.

Ərdoğan bu jestə və terrorla mübarizədəki həmrəyliyə görə Azərbaycan prezidentinə təşəkkür edib.

Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər