İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Azərbaycan təmas xəttində tam üstünlüyə yiyələnib”
638 dəfə baxılıb
“Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması ilə bağlı bəyanat Ermənistan rəhbərliyini ifşa və biabır edir”.
“Ordu quruculuğu ilə bağlı da ölkədə mühüm işlər görülür, bu sahə gələn il də prioritet olacaq, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər görüləcək”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Prezident təmas xəttində Azərbaycanın tam üstünlüyə yiyələndiyini, düşmənin bütün təxribatlarının qarşısının alındığını, ötən ay təmas xəttində düşmənin təxribat qrupunun məhv edildiyini, ağır itkilər verdiyini bildirib.
“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, – deyən dövlət başçısı Ermənistandakı kriminal diktatura rejiminin Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması ilə bağlı verdiyi bəyanata toxunaraq bildirib ki, dünya birliyi və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır: “Bu gərgin psixoloji durumda verilən bəyanat Ermənistan rəhbərliyini ifşa və biabır edir”.
Dövlət başçısı xunta rejimindən bundan artığını gözləməyin mümkün olmadığını diqqətə çatdırıb: “Azərbaycan güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb və regional məsələlərdə mühüm rol oynayır, ölkəmizin iştirakı və razılığı olmadan bölgədə heç bir layihə icra oluna bilməz”.
Prezident İlham Əliyev iqtisadi və hərbi potensialın Azərbaycanın gücünü daha da artırdığını bəyan edib.
Sələf Xəbər: Xalqımıza bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!