Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Bu qətnamələr kağız üzərində qalıb”

May 02
13:37 2015

“İşğalın davam etməsi münasibətlərin normallaşdırılmasına əsas əngəldir”

“Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etməsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasına əsas əngəldir. Bu işğalın heç bir əsası yoxdur, nə tarixi, nə hüquqi, nə də siyası”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) aprelin 29-da “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

“Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz şəkildə Azərbaycan ərazilərində çıxarılmasına dair 4 qətnamə qəbul edib. Bundan 20 il keçməsinə baxmayaraq, bu qətnamələr kağız üzərində qalıb. Beləliklə, beynəlxalq hüquq və öz torpaqlarından didərgin düşən 1 milyondan artıq insanın hüquqları pozulub”, – deyə Azərbaycan prezidenti bildirib.

Prezident İlham Əliyev, həmçinin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi, Azərbaycanın energetika sahəsinin uğurlu inkişafı, birinci Avropa Oyunlarına hazırlıq və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Sələf Xəbər: Uca Allah buyurur: “(Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin (zülm və haqsızlıq günahına batırmasın). Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “əl-Maidə” surəsi, 2-ci ayə).

Uca Allahdan xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər