İlham Əliyev (Allah onu qüvvətləndirsin) Çanaqqalaya gedib
862 dəfə baxılıb
Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Çanaqqala Zəfərinin 100-cü ili münasibətilə bağlı keçiriləcək mərasimlərdə iştirak etmək üçün Çanaqqalaya gedib.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, dövlət başçısı İlham Əliyevi hava limanında Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi və digər rəsmilər qarşılayıb.
Qeyd edək ki, Türkiyədə bu gün Çanaqqala zəfərinin 100-cü ili qeyd olunur.
Mərasimə 17 prezident, 3 parlament rəhbəri, 3 prezident müşaviri, 5 baş nazir, 1 keçmiş prezident, 28 nazir, 6 beynəlxalq təşkilat rəhbəri olmaqla 90-a yaxın ölkədən rəsmiləri qatılacaq.
Birinci Dünya müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid verib. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər.