Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Gənclər cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar”

Yanvar 29
19:09 2016

“Özəlləşdirmə proqramı sahibkarlığın inkişafına güclü dəstək verəcək”.

Yanvarın 29-da prezident İlham Əliyev (Allah onu qüvvətləndirsin) Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb.

“Sələf Xəbər”in AzərTAc-a istinadən məlumatına görə, hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyacın olduğunu deyən prezident İlham Əliyev bildirib ki, gələcək illər innovasiya dövrü olacaq və əsas sözü texnologiyalar deyəcək. Buna görə də neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər də cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar.

Dövlət başçısı Azərbaycanın BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarla yüksək əlaqələrə malik olduğunu deyib, gənclərin beynəlxalq təşkilatlarda təmsilçiliyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazıların yalan olduğunu bildirib.

Prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini bildirib.

Sələf Xəbər: Uca Allah buyurur: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)

Digər xəbərlər