Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin) həmsədrləri qəbul edib

Aprel 06
19:25 2016

Görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andryönü və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

“Sələf Xəbər” President.az-a istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olundu.

Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışladılar. Onlar belə bir fikri diqqətə çatdırdılar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.

Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın düşmənlərdən alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər