İlham Əliyev (Allah onu qüvvətləndirsin): “İlin sonuna qədər əksər dərmanların qiyməti düşəcək”
724 dəfə baxılıb
“Son aylar ərzində görülmüş tədbirlər nəticəsində dərman preparatları bazarında müsbətə doğru çox ciddi dönüş yaranıb. İnsanlar artıq bunu gündəlik həyatlarında hiss etməyə başlayıb. Bəzi dərmanların qiymətləri bir neçə dəfə aşağı düşüb. Eyni zamanda, keyfiyyətə də böyük diqqət göstərilir. Bu məsələ tədricən öz həllini tapır. Əminəm ki, ilin sonuna qədər əksər dərman preparatlarının qiymətləri aşağı düşəcək. Çünki dövlət bu sahəni öz nəzarətinə götürüb”.
“Sələf Xəbər”in Avropa.infoya istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Göyçay Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır və açıq bazar hər şeyi tənzimləyir, o cümlədən qiymətləri: “Ancaq biz gördük ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Başladıq bu məsələni araşdırmağa, gördük ki, burada çox böyük boşluqlar var, həm qaydalarda, həm tənzimləmə mexanizmlərində. Ona görə indi dövlət bu missiyanı öz üzərinə götürüb. Bütün dərmanların qiyməti hər bir satış məntəqəsində eyni olacaq. Keyfiyyət də yüksək səviyyədə olacaq. Bu, çox ciddi sosial təşəbbüsdür. Eyni zamanda, insanların sağlamlığına, xüsusilə yaşlı nəslin sağlamlığına bunun bilavasitə böyük təsiri var”.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun. Çünki Allah-Təala qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib”. (İbn Macə)