İlham Əliyev (Allah onu qüvvətləndirsin) nazirin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb
Noyabr 12
19:18
2015
776 dəfə baxılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Əli Abbasovun Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilib.
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan, istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 26-cı ayə)