İlham Əliyev (Allah onu qüvvətləndirsin) Qazaxıstan səfirini qəbul edib
719 dəfə baxılıb
Prezident İlham Əliyev (Allah onu qüvvətləndirsin) Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib.
“Sələf Xəbər”in President.az-a istinadən verdiyi xəbərə görə, Qazaxıstanın səfiri Beybit İsabayev etimadnaməsini prezidentə tədqim edib.
Prezident İlham Əliyev xalqlarımız arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu, hazırda ikitərəfli münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını qeyd edib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən prezident ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəklədiyini vurğulayıb.
Dövlət başçısı Azərbaycanla Qazaxıstanın mühüm birgə iqtisadi, enerji, nəqliyyat layihələrini həyata keçirdiyini, bütün bunların əməkdaşlığın potensialının daha da gücləndirilməsi işinə xidmət etdiyini bildirib. Prezident Xəzərin statusunun müəyyənləşdirilməsi və Xəzər hövzəsində əməkdaşlıqla bağlı Azərbaycanla Qazaxıstan arasında tam qarşılıqlı anlaşmanın olduğunu diqqətə çatdırıb.
Dövlət başçısı səfirin fəaliyyəti dövründə əlaqələrin möhkəmlənməsinə və hər iki ölkənin regional əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə səylərinin daha da artırılmasına töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Səfir Beybit İsabayev də Qazaxıstanla Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu, öz fəaliyyəti dövründə əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.
Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!