Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin) Rəcəb Tayyib Ərdoğana zəng edib

Noyabr 03
14:46 2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) noyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

“Sələf Xəbər” President.az-a istinadən məlumat verir ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, Türkiyə Prezidentinə fəaliyyətində yeni-yeni uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı, Prezident İlham Əliyevə ali dövlətçilik fəaliyyətində uğurlar, Azərbaycan xalqına firavanlıq arzulayıb.

Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər