Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin) sərəncam imzalayıb

May 16
12:46 2015

Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında sərəncam imzalayıb.

“Sələf Xəbər”in President.az-a istinadən məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və dünyanın nüfuzlu ali tibb məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasının tibb təhsili müəssisələrində oxumaq istəyi respublikada tanınmış bir universitetin filialının yaradılması zərurətini meydana çıxarıb. İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti rəhbərliyinin Bakı şəhərində universitetin filialının yaradılması ilə bağlı təklifi də nəzərə alınaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alınıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti filialın yaradılması və onun maddi-texniki bazasının təşkili ilə bağlı məsələləri həll edəcək. 2015/2016-cı tədris ilindən başlayaraq İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini təmin etmək məqsədilə dövlət sifarişi əsasında tələbə qəbulu planı üzrə yerlərin ayrılması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək.

Bu sərəncamdan irəli gələn digər məsələlər həll ediləcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə)

“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir”. (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından, 77/12)

Digər xəbərlər