Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin) və Serj Sarkisyanın görüş yeri və vaxtı açıqlandı

İyul 04
15:15 2015

İlham Əliyev (Allah onu qüvvətləndirsin) və Serj Sarkisyanın görüşünü təşkil etmək üçün həmsədrlər regiona səfərə gəlir.

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb. İlham Əliyev və Serj Sarkisyan bu ilin sentyabrında ABŞ-da görüşəcəkləri gözlənilir.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, görüşün BMT Baş Assambleyasının Nyu-Yorkda növbəti iclası çərçivəsində baş tutacağı gözlənilir və bununla da bu, iki ölkə prezidentinin son illərdə sayca dördüncü görüşü olacaq.

Elə bu məqsədlə də ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri gözlənilir. Onlar Azərbaycanın və Ermənistanın dövlət başçılarının görüşünün təşkili məsələsini müzakirə etməyə hazırlaşırlar.

Prezidentlər görüşdə Qarabağ münaqişəsinin nizama salmasının irəliləyişi üçün yeni yolların tapılmasını müzakirə etmək imkanına malik olacaqlar.

İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Fransa prezidentinin Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.

Bir sözlə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü və bu görüşün nəticələri böyük maraq doğurur. 25 ildən çoxdur davam edən Qarabağ münaqişəsinin ədalətli həlli bölgədə siyasi gərginliyin azaldılmasına, ölkələrin ərazi bütövlüyü prinsipinin qorunmasına və regional əməkdaşlığın inkişafına və genişlənməsinə yol açacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir”. (Qurani-Kərim, “Ənfal” surəsi, 61-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Sənin əleyhinə döyüşən qeyri-müsəlmanlar sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.

Birincisi, müsəlmanlardan həmişə sülhə və əmin-amanlığa can atmaq tələb olunur və əgər kafirlər birinci olaraq sülh bağlamaq arzusunu bildirirlərsə, müsəlmanlar bu təşəbbüsü müdafiə etməlidirlər.

İkincisi, döyüş əməliyyatlarına son verilməsi müsəlmanlara öz qüvvələrini toplamağa və zərurət yarandıqda növbəti döyüşlərə hazırlaşmağa imkan verir.

Üçüncüsü, sülh müqaviləsi imzalandıqdan sonra, düşmənçilik edən tərəflər bir-birini hədələməkdən vaz keçirlər. İslam həmişə digər dinlərdən üstünlük əldə edir və heç bir din ona qalib gəlməyə qadir deyil. Axı İslam özünün gözəl hökmləri və müdrik qadağaları ilə fərqlənir, məxluqlara ədalətli və mehriban münasibət bəsləməyi öyrədir. Bu dində zülm etməyə və sıxıntı verməyə yer yoxdur və buna görə sülh sazişinin bağlanması İslamı qəbul etmək və ona etiqad göstərmək istəyənlərin sayının artmasına səbəb olur. Bu isə o deməkdir ki, sülh şəraitində yanaşı yaşamaq müsəlmanlara kafirlər üzərində qələbə çalmağa kömək edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Uca Allahdan torpaqlarımızın geri qaytarılmasında xalqımıza kömək olmasını diləyirik. Amin!

Digər xəbərlər