Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) və ailəsi Peyğəmbər məscidində – FOTO

Aprel 07
20:14 2015

Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvlərinin Mədinə şəhərindəki Peyğəmbər məscidində fotoları yayılıb.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, fotolar dövlət başçısının kürəkəni Səməd Qurbanovun adına olan İnstagram səhifəsində paylaşılıb.

Fotoda İlham Əliyevlə yanaşı birinci xanım Mehriban Əliyeva, qızı Arzu, oğlu Heydər Əliyev və kürəkən Səməd Qurbanov olub.

Xatırladaq ki, Məkkə şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri ümrə ziyarətində olublar. Onlar xüsusi libas geyinərək Əl-Həram məscidinə gəliblər.

Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıb, məsciddə namaz qılıblar.

📷

medina-ilham-aliyev-1 medina-ilham-aliyev-2 medina-ilham-aliyev-3 medina-ilham-aliyev-4 medina-ilham-aliyev-5 medina-ilham-aliyev-6 medina-ilham-aliyev-7 medina-ilham-aliyev-8 medina-ilham-aliyev-9 medina-ilham-aliyev-10 medina-ilham-aliyev-11

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ancaq üç məscidi ziyarət etmək məqsədilə səfərə çıxılır: Məscidul-Haram (Məkkədə), Peyğəmbərin məscidi (Mədinədə) və Məscidul-Aqsa (Qüdsdə)”. (əl-Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Mədinə, buradan buraya qədər (göstərilir) haramdır. Onun ağacı kəsilməz və orada zülm (bidət, yaxud günah) edilməz. Kim (orada) zülm (bidət, yaxud günah) edərsə, ona Allahın, mələklərin və bütün insanların lənəti olsun”. (Buxari 1768)

Digər xəbərlər