İlham Əliyevin (Allah onu qorusun) tələbələrin təqaüdlərinin artırılması ilə bağlı sərəncamı
882 dəfə baxılıb
Prezident İlham Əliyev (Allah onu qorusun) “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb.
“Sələf Xəbər”in President.az-a istinadən məlumatına görə, sərəncama əsasən, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncamda aşağıdakı dəyişikliklər edilib:
1.2-ci və 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“1.2. ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə – 120 manat
magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat
bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat
1.3. orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat” .
Bundan başqa, sərəncama əsasən, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçiriləcək.
Nazirlər Kabinetinə isə doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasını 2 ay müddətində hazırlayıb təsdiq etmək və bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, bu sərəncamın 1-ci hissəsi 2016-cı il fevralın 1-dən qüvvəyə minəcək.
“Sələf Xəbər”in Oxu.Az-a istinadən xəbərinə görə, sərəncamı şərh edən Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ilk növbədə istər dövlət sifarişi ilə, istərsə də ödənişli şərtlərlə təhsil alan ali və orta ixtisas müəssisəsinin tələbəsi təqaüd almaq imkanına sahib olacaq:
“Bir şərtlə ki, semestrin nəticələrinə görə akademik göstəriciləri yüksək olsun.
Bu sərəncam bütün tələbələr üçün bərabər start imkanları verir. Ancaq birinci semestr istisna olmaqla bütün tələbələr oxuyaraq, haqq edərək təqaüd (özü də ən yüksəkdən başlayaraq) qazana bilər. Artıq əvvəlcədən müəyyənnləşdirilmiş deyil, fərqlənənlər təqaüd ala biləcəklər.
Qeyd edim ki, bu sərəncamla edilən dəyişikliklər doktorantlara və ilk -peşə təhsili müəssisələrinin şagirdlərinə aid deyil”.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. (Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Elm tələb etmək hər bir müsəlmana fərzdir!” (İbn Macə)