Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyevin (Allah onu qüvvətləndirsin) reytinqi açıqlanıb

İyul 08
13:54 2015

Ölkə əhalisinin 73%-i hazırkı dövlət başçısına alternativ görmür.

Azərbaycan əhalisinin ölkə prezidenti İlham Əliyevə (Allah onu qüvvətləndirsin) etimadı yüksəkdir.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bunu “Rəy” Monitorinq Mərkəzinin iyulun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

Cavablardan görünür ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 89,7%-i öz səslərini hazırki dövlət başçısı İlham Əliyevə verərdi.

“İ.Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına respondentlərin 86%-ə yaxını «bəli, cavab verir” (tam və ya qismən), cəmi 3%-i “xeyr, cavab vermir”, bir o qədəri isə “əsasən cavab vermir” deyə bildirib.

Qalan 8% respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.

Ölkə əhalisinin 73%-i Azərbaycan prezidenti postunda İlham Əliyevə alternativ görmür.

Sorğu, həmçinin göstərib ki, prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti (61%) birmənalı olaraq səsverməyə qatılardı. Daha 22% “yəqin ki, iştirak edərdim” cavab variantını seçib.

Səsverməyə getməyəcəklərini deyən respondentlər isə 9% təşkil edib. Qalan 8% cavab verməkdə çətinlik çəkib.

Hesabat 2015-ci il iyulun 1-3-də keçirilmiş “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb.

Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 2,7% təşkil edir.

Əhalinin sosial stratifikasiyası, yaş və cinsi strukturunu proporsional şəkildə əks etdirən bu sorğu, təsadüfi seçmə metodu əsasında Azərbaycanın 10 sosial-iqtisadi zonası üzrə 36 yaşayış məntəqəsini əhatə edib.

Sələf Xəbər: Əbdül Əziz bin Bəzdən (Allah ona rəhmət etsin) rəhbər üçün dua edən barədə soruşdular və şeyx cavab verdi: “Müsəlmanların rəhbəri üçün etdiyi dua – Allaha yaxınlaşmanın ən böyük vasitələrindən və ibadətin ən yaxşı növlərindən biridir. Allaha və Onun qullarına səmimi münasibətin təzahürü bundadır.
Duada böyük üstünlük rəhbərə verilməlidir, çünki onun möminliyi – bütün icmanın möminliyidir. Və onun üçün edilən dua – ən əhəmiyyətli dualardan biridir və bu səmimi münasibətin təzahürünün ən əhəmiyyətli növlərinə aiddir. Onun haqqa uyğun şəkildə davranması, ona bunda yardım edilməsi, Allahın onun üçün onun əhatəsini düzəltməsi, onun əhatəsininin şərindən qorunması üçün dua. Onun üçün haqda dəstək, düz yolda sabitlik, qəlbdə və əməldə doğruluq, mömin əhatə istəmək – ən vacib işlərdən və Allaha yaxınlaşma vasitələrindən biridir.
İmam Əhməddən (Allah ona rəhmət etsin) rəvayət olunur: “Duamın mütləq qəbul olunacağını bilsəydim, onu rəhbər üçün edərdim”. Bu, həmçinin Fudeyl ibn İyyaddan (Allah ona rəhmət etsin) rəvayət olunur”. (Bax: “Məcmua əl-fətava”, 8/210)

Digər xəbərlər