İraq və Suriyada 9 minə yaxın İŞİD hərbçisi öldürülüb
787 dəfə baxılıb
ABŞ Mərkəzi Qüvvələr Komandiri, general-leytenant Lioyd Austin İraqın müdafiə naziri Xalid əl-Ubeydi ilə bir araya gəlib.
“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, İraqın Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, ABŞ rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin hava hücumları nəticəsində İraq və Suriyada 9 minə yaxın İŞİD terror xəvaric qruplaşması hərbçisi öldürülüb.
Görüşdə L.Austin qeyd edib ki, terrorla mübarizədə İraq təhlükəsizlik qüvvələrinin təhsil və digər ehtiyaclarının qarşılanması üçün daha çox kömək lazımdır.
İraq parlamentindən verilən məlumatda isə deyilir ki, Austin koalisiya qüvvələrinin terrorla mübarizədə İraqa dəstəyinin davam edəcəyini ifadə edib. Austin hazırda ölkənin təhlükəsizliyi ilə bağlı vəziyyətin əvvəlki aylara nisbətən yaxşı olduğunu söyləyib.
İraq parlamentinin sədri Səlim əl-Cuburinin isə belə bir açıqlama ilə çıxış edib ki, L.Austinlə görüşdə Ənbar, Saləhaddin və Musulun təhlükəsizliyinin təmin edilməsi və xalqın ehtiyaclarının qarşılanmasının əhəmiyyəti vurğulanıb.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Müslim)