Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD Allahşükür Paşazadəni və Qamət Süleymanovu ölümlə təhdid edib

May 28
16:20 2016

İŞİD terror xəvaric qruplaşması internetdə özündə Azərbaycanın din xadimlərinə təhdidlər ehtiva edən video yerləşdirib. Videoçarx İŞİD terror xəvaric qruplaşmasının rusdilli mediaqrupu olan “Furat” tərəfindən yayınlanıb.

Bir müddətdən sonra video həm “Yutub”, həm də “DailyMotion” hostinqlərindən xaric edilib və buna səbəb kimi, videoçarxın “istifadə qaydalarını pozması” göstərilib.

Lakin özünü Türkiyə, Azərbaycan və Şimali Qafqaz üzrə analitik kimi təqdim edən və Suriyadakı “mülayim müxalifət”i təbliğ edən NotrhCaucasus adlı “Tvitter” mikrobloqlar servisi istifadəçisi Virtualaz.org-a videomüraciətin qısa məzmununu açıqlayıb.

Videoçarx “Ribat torpaqlarından işğal altındakı Azərbaycana ismarıc” (ribat — ön cəbhə — virtualaz.org) adlanır. Görüntülərdə rusdilli azərbaycanlı yaraqlı çıxış edir. O, özünü “Qafqazlı Abdulla” adlandırır və iddia edir ki, Qusar rayonunun Urva şəhərindəndir. Dediyinə görə, 2001-ci ildən İslamı qəbul edib və artıq 3 ildir ki, Suriyadadır. Əvvəllər “Cəbhətül-Nusra”nın tərkibində vuruşsa da, indi İŞİD terror xəvaric qruplaşmasına keçib.

Suriyaya “Qafqazlı Abdulla” dostu Əli ilə birlikdə gəlib, lakin onu 5 ay öncə öldürüblər. NorthCaucasus yazır ki, çıxışında cihadçı Qafqazın şeyxülislamı Allahşükür Paşazadəni və yerli sələfilərin lideri Qamət Süleymanovu ölümlə təhdid edir.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)

“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyururdu: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər