İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı Türkiyədə saxlanıldı
779 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq üçün Suriyaya getmək istəyən azərbaycanlı Ankarada, Esenboğa hava limanında saxlanılıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, Ankara Polis İdarəsinin terrorla mübarizə idarəsi əməkdaşları Azərbaycandan Ankaraya gələn təyyarədə İŞİD terror xəvaric qruplaşmasına qatılmaq üçün Suriyaya getməyi planlaşdıran şəxsin olması barədə məlumat alıblar. Polis əməkdaşları Esenboğa hava limanında 49 yaşlı azərbaycanlı Bəkir Qalibovu saxlayaraq, üzərində axtarış aparıblar. Onun üzərindən müdafiə jileti, tibbi ləvazimatlar, dərman preparatları, şpris aşkar edilib. Şübhəli şəxs polis şöbəsinə aparılıb. Onun Azərbaycana deportasiya ediləcəyi bildirilir.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.