Kasprşik: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ümid edirik”
Oktyabr 22
14:28
2015
688 dəfə baxılıb
“İlin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçiriləcəyinə ümid edirik”.
“Sələf Xəbər”in “Qafqazinfo”ya istinadən xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik deyib.
Danışıqlar prosesində ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən irəli sürülən mümkün yeni təkliflərə toxunan Anjey Kasprşik bütün təkliflərin Madrid prinsipləri çərçivəsində müzakirə edildiyini bildirib.
Qeyd edək ki, oktyabrın sonunda ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri planlaşdırılıb.
Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın düşməndən azad olunmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!