Komitə sədri: “Eynicinslilərin nigahına icazə verilə bilməz“
1. 005 dəfə baxılıb
“Azərbaycanda Avropa və Amerikada olduğu kimi eynicinsli insanların nigahına heç zaman icazə verilə bilməz”.
“Sələf Xəbər” AzNews.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı qeyd edib ki, düzdür, Azərbaycan multikultural və tolerant ölkədir. Bu baxımdan o, bütün dünyaya nümunə ola bilər. Amma tolerantlığın da bir sərhədi var və bəzi məsələlərdə o sərhədi aşmaq olmaz: “Demokratiyanın tərifində deyildiyi kimi, mənim tolerantlığım sizin tolerantlığınızın sərhədində bitməlidir. Tolerantlıq öz mövqeyindən imtina etmək deyil. İndi tolerantıq deyə Avropada, Amerikada bəşəriyyət əleyhinə, Allah əleyhinə, insanlıq əleyhinə olan hərəkətləri bizdə təkrar etməliyikmi? Məsələn, eynicinslilərin nigahına biz də icazə verməliyikmi? Biz də bunu təkrar etməliyikmi? Xeyr, etməməliyik! Heç vaxt etməməliyik! Biz tolerant ola bilərik, amma onun da bir yerə qədər sərhəddi var”.