Küveyt səfiri: “Ölkəmiz Dağlıq Qarabağ məsələsində Azərbaycanladır”
Fevral 19
21:26
2015
754 dəfə baxılıb
“Əmin ola bilərsiniz ki, Küveyt Dövləti Dağlıq Qarabağ məsələsində Azərbaycanladır”.
“Sələf Xəbər” Gün.Az-a istinadən bildirir ki, bu barədə müsahibəsində Küveyt Dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz əl-Rumi deyib.
Onun sözlərinə görə, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin BMT qərarları çərçivəsində həllini dəstəkləyir:
“Biz müharibənin əleyhinəyik, münaqişələrin sülh danışıqları yolu ilə, BMT qərarları, beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıyıq”.
Diplomat bildirib ki, Küveyt həmişə BMT qərarlarına hörmətlə yanaşıb: “BMT qərarları isə Azərbaycanın mənafeyinə cavab verir”.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)