Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

M.Qurbanlı Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

Oktyabr 15
15:54 2015

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 14-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimi qəbul edib.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Mübariz Qurbanlı Həcc ziyarəti zamanı Mina dağında baş vermiş faciə nəticəsində çox sayda zəvvarın həlak olması ilə əlaqədar səfirə bir daha başsağlığı verib. Daha sonra Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyi və digər sahələrdə olduğu kimi din sahəsində də əlaqələrin genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Mina dağındakı faciə ilə bağlı göstərdiyi diqqətə və başsağlığına görə Səudiyyə Ərəbistanı Krallığının adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edib. Bildirilib ki, bu həm də iki qardaş və dost dövlətin biri-birinə dəstəyinin ifadəsidir.
Görüş zamanı gələcəkdə din sahəsində elm və təcrübə mübadiləsi məqsədilə birgə tədbirlərin, konfransların keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)

“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər. Bundan başqa, onlar qohumluq münasibətləri yaradır, şadlıq və fəlakət anlarında bir-birilərini müdafiə edirlər. Onlar tənhalıqda yaşasaydılar bu yardımlaşma mümkün olmazdı, lakin Allah onlara rəhm edərək, onları xalqlar və qəbilələr toplusu halına gətirmişdir ki, onlar birgə yaşayaraq, mehriban qohumluq münasibətləri saxlasınlar. Lakin nə çoxsaylı qohumlar, nə böyük bir xalqa mənsubluq, nə də adlı-sanlı mənşəyə mənsubiyyət insanın Allahın hörmətinə və mərhəmətinə layiq olmağa kömək etməz, çünki Onun insanlar arasından ən çox hörmət etdiyi – ən çox xeyirxah və ən çox təqvalı olan qullarıdır ki, onlar Ona itaət edir və günahlardan çəkinirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər