MN: Ermənilər layiq olduqları cəzanı alırlar
828 dəfə baxılıb
Azərbaycan Müdafiə Nazirliyi bu gün Ermənistan saytlarında Azərbaycanın guya iki uğursuz diversiya əməliyyatı keçirməsi barədə yayılan məlumatlara münasibət bildirib.
“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən bildiriblər ki, ermənilər dezinformasiya yayırlar:
“Bizim bəzi KİV-lər də mahiyyətinə varmadan həmin məlumatlardan olduğu kimi istifadə edirlər”.
Nazirliyin mətbuat xidmətindən qeyd ediblər ki, ermənilər həmişə olduğu kimi layiqli cəzalarını alırlar: “Siz istəyirdiniz, erməni mətbuatı yazsın ki, Azərbaycan uğurlu əməliyyat keçirib? Dəfələrlə bildirmişik, bir daha deyirik ki, Ermənistan tərəfi vəziyyəti gərginləşdirmək istədikdə, tərəfimizdən cavabları verilir və onlar layiq olduqları cəzanı alırlar”.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)