Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Müdafiə naziri: Bayrağımız tezliklə Şuşada dalğalanacaq

Aprel 01
16:29 2015

“Azərbaycan əsgəri hər an hazır olacaq”.

Üçrəngli bayrağımızın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızda dalğalanacağı heç kimdə şübhə doğurmamalıdır. Biz buna Ali Baş Komandanımızın rəhbərliyi altında birlikdə nail olacağıq.

“Sələf Xəbər” Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar çıxışında deyilir.

Nazir Azərbaycan əsgərinin bundan sonra da Vətən uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinə hər an hazır olacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlu nəaliyyətlər qazanacağına inandığını bildirib.

Zakir Həsənovun sözlərinə görə, 31 mart 1918-ci il Azərbaycan xalqının tarixinin qanlı səhifələrindəndir.

“Analoqu olmayan bu faciələr əzəli və əbədi torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətidir.

Mən bu gün soyqırım qurbanlarının, ağır zamanlarda xilaskarlıq missiyası ilə köməyə gəlmiş türk qardaşlarımızın, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmətlə, ehtiramla yad edir və əmin olduğumu bildirirəm ki, siz qan yaddaşımızın kəsərli silah olduğunu heç vaxt unutmayacaq, tarixin ibrət dərslərindən nəticə çıxaracaqsınız”, – nazir qeyd edib.

Sələf Xəbər: Uca Allahdan xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər